Ombudsman: "İnsan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb"

Ombudsman: "İnsan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb"
  • Clock-gray 12:06
  • calendar-gray 10 Dekabr 2019

"Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının xüsusi vurğulanması müstəsna əhəmiyyət kəsb edir".

APA-nın məlumatına görə, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin dinamik tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində reallaşdırılan genişmiqyaslı islahatlar əsasını və mənbəyini məhz Konstitusiyadan götürüb: “Ölkəmizdə güclü sosial dövlətin qurulması, əhalinin bütün qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquqi, iqtisadi və digər islahatlar həyata keçirilib, dövlət hakimiyyəti orqanları, o cümlədən məhkəmə hakimiyyəti müasir tələblərə uyğun təşkil edilib, insan hüquqları və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb".

Ombudsman qeyd edib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər konseptual əsaslara söykənir: "Müvafiq tədbirlərin səmərəliliyinin artırılmasında, bu sahədə strateji kursun daha mütəşəkkil - operativ və effektiv həyata keçirilməsində Dövlət Proqramları, Milli Fəaliyyət Planları, strategiyalar böyük əhəmiyyət kəsb edir".

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date