On rayon və şəhər avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır

On rayon və şəhər avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır
# 29 avqust 2020 10:11 (UTC +04:00)

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə sərt karantin rejiminin tətbiqi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR