Operativ Qərargah: Bir gündə 3073 nəfər xüsusi karantin rejimini pozub

Operativ Qərargah: Bir gündə 3073 nəfər xüsusi karantin rejimini pozub
# 08 aprel 2020 18:07 (UTC +04:00)

“Avtobuslarda sıxlığın aradan qaldırılması üçün evdə qalmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, xüsusi karantin rejimini bir gündə 3073 nəfər pozub: “Kifayət qədər avtobus var və zəruri hallarda avtobuslar xəttə buraxılır. Qanunsuz yollarla icazələr alma halları var. Bir çox dövlət qurumlarına işçilərinin 30 faizdən artığına icazə verməmək tövsiyə olunur. Ancaq hətta işdə ehtiyac olmayan əməkdaşlarının adlarını daxil edərək onların çölə çıxmasına şərait yaradırlar. Külli miqdarda jurnalist vəsiqələrinin verilməsi halları da var. Avtobuslar küçələrə çıxacaq adamların sayına hesablanıb. Qanunsuz olaraq kimlərinsə küçələrə çıxmasına şərait yaradan KİV-lər, dövlət və özəl qurumlara nəzarət olunur və bunun cəzası da mütləq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR