Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur

Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur
# 04 iyun 2020 17:26 (UTC +04:00)

“Tibbi maskaların tədarükü ilə bağlı ölkəmizdə hər hansı problem yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, xarici dövlətlər tərəfindən Azərbaycandan tibbi maskaların alınması ilə bağlı sifarişlər olur: “Biz insanlara sadə tibbi maskalardan istifadə etməyi tövsiyə edirik. İnsanlar evdə qaydalara uyğun olaraq maska hazırlayıb istifadə edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR