Operativ Qərargah peyvəndləmə prosesinin gedişini müzakirə edib

Operativ Qərargah peyvəndləmə prosesinin gedişini müzakirə edib
# 31 mart 2021 19:25 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən APA-ya bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR