Operativ Qərargah: Ərzaq təminatı və digər sahələrdə hər hansı problem yoxdur

Operativ Qərargah: Ərzaq təminatı və digər sahələrdə hər hansı problem yoxdur
# 03 iyun 2020 19:43 (UTC +04:00)

“Məhdudlaşdırmanı hökumət də istəmir, çünki bu, iqtisadi problemlərə gətirib çıxara bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov qeyd edib ki, Azərbaycanda ərzaq təminatı və digər sahələrdə hər hansı problem yoxdur: “Ancaq biz uzun müddət çox sadə qaydalara əməl etməsək, bu, həm sağlamlıq problemlərinə, həm də iqtisadi problemlərə gətirib çıxara bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR