Oqtay Şirəliyev Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Oqtay Şirəliyev Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Clock-gray 14:07
  • calendar-gray 12 Fevral 2021

Səhiyyə naziri Oqtay Şirəliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

Səhiyyə Nazirliyindən APA-ya bildirlib ki, görüşdə bütün sahələrdə olduğu kimi səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğu qeyd edilib. Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

Pakistanın əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi Səfir və Nazir tərəfindən vurğulanıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, və digər Beynəlxalq Təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

Əsmər Qabil

Digər xəbərlər