Ötən il 1043 əmtəə nişanı qeydiyyatdan keçirilib

Ötən il 1043 əmtəə nişanı qeydiyyatdan keçirilib
# 22 fevral 2021 12:44 (UTC +04:00)

Ötən il dövlət reyestrində 1043 ədəd əmtəə nişanı qeydiyyatdan keçirilib.

APA-nın məlumatına görə, bu, Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatından çıxarışda əksini tapıb.

Bildirilib ki, coğrafi göstəricidən istifadə hüquqlarına dair 2 şəhadətnamə milli iddiaçının adına qeydiyyata alınıb. Sənaye mülkiyyəti obyektləri üzrə 102 müqavilə qeydiyyata alınıb, onlardan 82-si əmtəə nişanları üzrə, 2-si ixtira üzrə, 1-i faydalı model üzrə hüquqların verilməsinə, 18-i isə əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR