Ötən il 143 milyon manatdan çox aliment ödənilib

Ötən il 143 milyon manatdan çox aliment ödənilib
# 22 yanvar 2020 17:28 (UTC +04:00)

Ötən il icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb, onlardan 485 mindən çoxunun icrası təmin edilib.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata əsasən, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 %-dən çox – 1.74 milyard manata yaxın vəsait ödətdirilib. Bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR