Ötən il 201 nəfər ali məktəblərə müsabiqədənkənar qəbul olub

Ötən il 201 nəfər ali məktəblərə müsabiqədənkənar qəbul olub
# 08 sentyabr 2020 16:19 (UTC +04:00)

Ötən il respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 47966 yer ayrılıb. Bunlardan 201 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (103 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulub.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qalan yerlərdən 34025-i Azərbaycan bölməsi, 3549-u rus bölməsi, 10191-i isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planındakı 40454 yer dövlət, 7512 yer isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 19842 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 98 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR