2020-ci ildə 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb

2020-ci ildə 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb
# 15 yanvar 2021 21:19 (UTC +04:00)

2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Nazirliyin 2020-ci yekunlarına həsr olunan videokonfrans formatında keçirilən geniş kollegiya iclasında bildirib.

Fikrət Məmmədov qeyd edib ki, bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"Mobil notariat"ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR