Ötən il 59 dərman vasitəsi satışdan çıxarılıb

Ötən il 59 dərman vasitəsi satışdan çıxarılıb
# 09 mart 2021 16:14 (UTC +04:00)

Ötən il keçirilmiş nəzarət yoxlamaları nəticəsində sertifikatı olmayan 59 adda 90 qutu dərman vasitəsi satışdan çıxarılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, ölkəmizə idxal üçün təqdim edilmiş 31002 sayda dərman vasitəsinin analizi aparılıb, bunlardan 31.0 min ədədinə müsbət, 6-na mənfi rəy verilib.

2020-ci il ərzində 1.3 minə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 850 dərman vasitəsi qeydiyyat və qeydiyyat proseduruna , 1.5 mindən çox dərman vasitəsi ilkin ekspertizaya qəbul olunub.

915 dərman vasitəsinin qeydiyyat sənədlərində dəyişikliklır aparılıb, 1.4 min müsbət rəy verilib, 1.6 min içlik vərəqəsəi və 2.7 min dərman vasitəsinin qablaşdırılması təsdiqlənib.

2020-ci ildə 2.5 min ədəd bioloji fəallığa malik qida əlavələrinin nümunəsi azaliz edilib, bunlardan 2.4 min adda nümunənin analizi müsbət nəticəli olub, 150 adda nümunənin analizi mənfi nəticə ilə cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR