Ötən il Ali Məhkəməyə 23878 müraciət daxil olub

Ötən il Ali Məhkəməyə 23878 müraciət daxil olub
# 19 fevral 2021 10:31 (UTC +04:00)

2020-ci il ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23878 müraciət daxil olub.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.

O bildirib ki, müraciətlər müvafiq qaydada baxılıb və cavablandırılıb: “Azərbaycanda koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci il mart ayından etibarən vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçilib. Ali Məhkəmənin sədri və müavinləri və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR