Azərbaycanda ötən il qanunsuz dini təbliğatla məşğul olan 11 nəfər barədə cinayət işi başlayıb, 28 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, o cümlədən 2-si inzibati qaydada həbs edilib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilib, götürülüb.