Ötən il Azərbaycandan Avrasiya Patent Təşkilatına 15 iddia sənədi göndərilib

Ötən il Azərbaycandan Avrasiya Patent Təşkilatına 15 iddia sənədi göndərilib
# 22 fevral 2021 12:44 (UTC +04:00)

2020-ci ildə Əqli Mülkiyyət Agentliyinə ixtira və faydalı modellərin qeydiyyatı ilə bağlı 148, o cümlədən ixtiraya dair 108, faydalı modelə dair 40 iddia sənədi daxil olub.

APA-nın məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında qeyd olunub.

O cümlədən beynəlxalq PCT proseduru üzrə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 5, Avrasiya Patent Təşkilatına göndərilməsi üçün milli iddia sənədlərinin sayı 24 olub. İddia sənədlərinə dair ilkin ekspertizanın müsbət nəticəsi haqqında 120 bildiriş verilib. İlkin ekspertiza sorğusu verilmiş iddia sənədlərinin sayı 45, kargüzarlığı dayandırılmış iddia sənədlərinin sayı 54, iddia sənədləri üzrə verilmiş bildirişlərin sayı 125 olub. İddia sənədləri üzrə 148 axtarış aparılıb.

Beynəlxalq Büroya 5, Avrasiya Patent Təşkilatına 15 iddia sənədi göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR