Ötən il "Qanın bədxassəli xəstəlikləri” proqramının icrasına 6.6 mln. manat vəsait ayrılıb

Ötən il  "Qanın bədxassəli xəstəlikləri” proqramının icrasına 6.6  mln. manat  vəsait ayrılıb
  • Clock-gray 15:53
  • calendar-gray 09 Mart 2021

Ötən il “Qanın bədxassəli xəstəlikləri” proqramının icrasına 6.6 mln. manat vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, ondan 6.5 mln. manatı istifadə edilib. Qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman preparatları və qan komponentlərinə olan tələbat ödənilib.

Həmçinin “Qanın, qan komponentlərinin donorluğu  və qan xidmətnin təşkili” proqramının icrasına 1.4 mln manat vəsait ayrılıb,  həmin vəsaitin 1.2 mln manatı istifadə edilib. Bakı şəhərində 298, respublikanın digər şəhər və rayonlarında isə 153 qanvermə aksiyası təşkil olunub.

Qeyd olunub ki, “2016-2020-ci illərdə hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın  icrasına 12.2 mln. manat vəsait ayrılıb.

Əsmər Qabil

Digər xəbərlər