Ötən il SN tərəfindən koronavirusla bağlı 78.2 min yaxma götürülüb

Ötən il SN tərəfindən koronavirusla bağlı 78.2 min yaxma götürülüb
# 09 mart 2021 15:46 (UTC +04:00)

Ötən il ambulator-poliklinik və profilaktik tədbirlərin operativliyinin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına 130 ədəd minik avtomobili alınıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, Bakı şəhəri üzrə 232.9 min nəfər ambulator müşahidəyə götürülüb, onlardan təxminən 89.0 min nəfərdə COVID-19 xəstəliyi aşkar edilib. Məntəqələr tərəfindən 78.2 min yaxma götürülüb, 31.4 min xəstəyə dövlət hesabına dərman preparatları çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR