Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətdən 3206-na baxılıb

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətdən 3206-na baxılıb
# 12 fevral 2021 16:41 (UTC +04:00)

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3503 müraciətdən 3206-na baxılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Məruzədə qeyd edilib ki, 156 müraciət aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır: “Müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib. Bu, 2019-cu illə müqayisədə 17% çoxdur. Müraciətlərə baxılması prosedurunda qanunvericiliyin tələblərinə zidd olan 328 (2019-cu illə müqayisədə 45% çox) bələdiyyə aktının dəqiqləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Həmin təkliflər əsasında 250 akt ləğv edilib, 68 akt dəyişdirilib, 2 akt üzrə məhkəmədə iddia qaldırılıb, 8-i isə baxılmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR