Ötən il cəza çəkməkdən azad edilən 5508 nəfərə birdəfəlik müavinət verilib

Ötən il cəza çəkməkdən azad edilən 5508 nəfərə birdəfəlik müavinət verilib
  • Clock-gray 12:13
  • calendar-gray 31 Mart 2021

2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əmək pensiyası almaq hüququ olmayan 2,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 244 qəyyumuna aylıq müavinət ödənilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,8 min ailəsinə 12,8 min uşaq üçün aylıq müavinət verilib. 1855 nəfər bir yaşadək uşağı olan 1852 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 8,9 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 369 şəxsə isə kompensasiya ödənilib. 

2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 75996 ailəyə 77644 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3991 şəxsə müalicə üçün və 5508 nəfərə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik müavinətlər verilib.

Günay Elşadqızı

Digər xəbərlər