Ötən il dövlət büdcəsindən KİV-ə yönəldilən vəsait açıqlanıb

Ötən il dövlət büdcəsindən KİV-ə yönəldilən vəsait açıqlanıb
# 10 fevral 2021 17:39 (UTC +04:00)

2020-ci ildə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə yönəldilən vəsait açıqlanıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Bildirilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR