Ötən il heyvanlarda müəyyən edilən xəstəliklər açıqlanıb

Ötən il heyvanlarda müəyyən edilən xəstəliklər açıqlanıb
# 09 mart 2021 17:38 (UTC +04:00)

2020-ci ildə heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunun yoxlanılması məqsədilə 11,3 mln. baytarlıq-sanitariya ekspertizası aparılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Laboratoriya müayinələrinin nəticələrinə görə, müxtəlif heyvanlarda 2,2 min halda parazitar xəstəliklər, 4 halda xırdabuynuzlu və 1 halda iribuynuzlu heyvanlarda qarayara, 1,0 min halda iribuynuzlu heyvanlarda və 1,8 min halda xırdabuynuzlu heyvanlarda bruselyoz, bütün növ heyvan növləri üzrə ümumilikdə 10 halda xlamidioz, 277 halda pasterelyoz 28 halda quduzluq xəstəlikləri müəyyən edilib.

Ölkə ərazisində xəstəlik hallarının coğrafi paylanması, klinik simptomlar arasında əlaqə və yayılma tezliyi nəzərə alınmaqla, aparılmış seroloji monitorinqlərin nəticələri təhlil edilib və risk səviyyəsindən asılı olaraq aidiyyəti üzrə tədbirlər görülüb.

Hesabat ilində karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı ümumilikdə 42,3 min hektar sahədə fitosanitar müşahidələr aparılıb, bundan 16,5 min hektar sirayətlənmə aşkarlanıb və 12,2 min hektar sahədə mübafiq bitki mühafizə tədbirləri həyata keçirilib.

Hesabat dövründə ölkə ərazisində idxal, ixrac və monitorinq zamanı 779 halda karantin tətbiq edilən, 1,2 min halda isə karantin tətbiq edilməyən zərərli orqanizmlərə rast gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR