Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanalara müraciət edənlərin sayı açıqlanıb

Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanalara müraciət edənlərin sayı açıqlanıb
# 04 fevral 2021 11:07 (UTC +04:00)

"2020-ci ildə 1 147 834 nəfər icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinə, habelə Müalicə Diaqnostika Mərkəzlərinə ümumilikdə 4 170 432 dəfə müraciət edib".

APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib: "Ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) 503 381, qan dövranı sistemi üzrə 210 201, tənəffüs sistemi üzrə 179 376, endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları ilə bağlı 171 622, sidik-cinsiyyət sistemi ilə bağlı 148 907 müraciət olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR