Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu yerlərdə ən çox hansı xəstəliklərlə bağlı müraciət edildiyi açıqlanıb

Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu yerlərdə ən çox hansı xəstəliklərlə bağlı müraciət edildiyi açıqlanıb
  • Clock-gray 10:42
  • calendar-gray 19 Yanvar 2021

Ötən il müraciətlərin çoxu ümumi tibbi baxışla (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla) (503 381), habelə qan dövranı sistemi (210 201),  tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub. 

APA-nın məlumatına görə, bu barədə İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi Xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika Mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlarda yer alıb.

Qeyd olunub ki, 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Bundan başqa, 2176 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 103 nəfərini uşaqlar təşkil edib. Sayca ürək və damar cərrahiyyəsi (1252), oftalmologiya (402), urologiya (207),  neyrocərrahiyyə (179) və travmatologiya (80) üzrə əməliyyatlar çoxluq təşkil edir. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatlarının sayı 68 olub.

Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Əsmər Qabil

Digər xəbərlər