Ötən il karantin müəssisələrindəki xidmətlərə görə 21 mln. manat xərclənib

Ötən il karantin müəssisələrindəki xidmətlərə görə 21 mln. manat xərclənib
# 10 mart 2021 12:28 (UTC +04:00)

Hesabat ilində tibb işçilərinə müddətli əlavənin ödənilməsi üçün 190.7 mln. manat vəsait istifadə olunub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Məlumata əsasən, 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması, bu tip xəstəxanaların fəaliyyətinin təmin edilməsi üçün 66.2 mln. manat, “Milli Sağlamlıq Mərkəzi”nin fəaliyyətinin təmin edilməsi üçün 40.7 mln. manat, habelə karantin nəzarətinə götürülümüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə xərclərin ödənilməsi üçün 21.0 mln. manat vəsait istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR