Ötən il ölkə üzrə 5 məcburi əmək faktı müəyyən edilib

Ötən il ölkə üzrə 5 məcburi əmək faktı müəyyən edilib
# 16 aprel 2021 16:40 (UTC +04:00)

Hesabat ilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə cəmi 5 məcburi əmək faktı müəyyən edilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunub ki, bu cinayətlərin 9 qurbanının ölkə daxilində kənd təsərrüfatı sahəsində istismar edildiyi məlum olub və hər bir fakt üzrə istintaq aparılaraq təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR