Ötən il ölkədə dilənçilik edən 370 uşaq aşkar edilib

Ötən il ölkədə dilənçilik edən 370 uşaq aşkar edilib
# 16 aprel 2021 16:35 (UTC +04:00)

Ötən il ölkədə uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkar edilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunub ki, aparılmış yoxlamalar nəticəsində həmin uşaqların məcburi əməyin qurbanı olmadığı üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR