Ötən il pensiya və müavinətlərə yönəldilən vəsait açıqlanıb

Ötən il pensiya və müavinətlərə yönəldilən vəsait açıqlanıb
# 18 yanvar 2021 11:45 (UTC +04:00)

"Dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib".

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR