Ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı 11 yazılı müraciətə baxılıb

Ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı 11 yazılı müraciətə baxılıb
  • Clock-gray 12:54
  • calendar-gray 22 Fevral 2021

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olmuş 11 yazılı müraciətə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb.

APA-nın xəbərinə görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin ötən ilki hesabatında qeyd edilib.

Onlardan bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib. Dövlət və məhkəmə orqanlarından, fiziki və hüquqi şəxslərdən daxil olmuş sorğular, şikayət ərizələri əsasında ekspert rəyləri hazırlanıb, pozulmuş hüquqların bərpası ilə bağlı işlər görülüb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər