Ötən il sağlamlığa ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 367 məhdudlaşdırıcı tədbir tətbiq edilib

Ötən il sağlamlığa ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 367 məhdudlaşdırıcı tədbir tətbiq edilib
# 09 mart 2021 17:50 (UTC +04:00)

2020-ci ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri sahəsində 319 planlı və 440 növbədənkənar olmaqla, ümumilikdə 759 yoxlama aparılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Yoxlamalar zamanı insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 367 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib.

Yoxlama monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 4,5 min iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Həmin qərarlardan 18-i şərti cərimə, qalanları isə inzibati qaydada cərimə edilmə barədə olub. 75 min manat şərti cərimə olmaqla, ümumilikdə 1843,3 min manat məbləğində cərimə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR