Ötən il tikintidə qeydə alınan pozuntuların sayı açıqlanıb

Ötən il tikintidə qeydə alınan pozuntuların sayı açıqlanıb
# 11 fevral 2021 09:37 (UTC +04:00)

Ötən il keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 18 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

APA-nın xəbərinə görə, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, ötən 4 ilə yaxın müddət ərzində Bakı şəhərində tikinti obyektlərinin inşası ilə məşğul olan podratçı şirkətlərin malik olduğu əmək müqaviləsi sayında 2 dəfəyə yaxın artım qeydə alınıb.

Ümumilikdə 12-si hüquqi, 6-sı isə fiziki şəxs olmaqla 18 işəgötürəndən 4 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 3 000 manat həcmində inzibati cərimə tətbiq edilib.

Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

2020-ci il ərzində Monitorinq Mərkəzi tərəfindən 38 tikinti obyektində (Bakı şəhərində 29, Sumqayıt şəhərində 6, Abşeron rayonunda isə 3 tikinti obyektində) işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR