Ötən ildən sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

Ötən ildən sığorta stajı amnistiyasından  25 minə yaxın şəxs faydalanıb
# 20 oktyabr 2020 11:19 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatmış şəxslərlə bağlı tətbiq olunan sığorta stajı amnistiyasından ötən dövrdə 25 minə yaxın şəxs faydalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, onlardan böyük hissəsi sığorta stajı amnistiyası nəticəsində pensiya hüququ əldə edib və pensiya təminatı sisteminə daxil olub. Digər qisminin isə pensiyaları ciddi şəkildə artıb.

Yaşlı əhaliyə humanist yanaşmanın nəticəsi olan bu islahat çərçivəsində əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR