Ötən ilin 11 ayında ölkədə 3102 əkiz, 102 üçəm, 8 dördəm doğulub

Ötən ilin 11 ayında ölkədə 3102 əkiz, 102 üçəm, 8 dördəm doğulub
# 21 yanvar 2020 18:32 (UTC +04:00)

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qızdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR