Ov qaydasını pozan 10 əcnəbi Azərbaycandan deportasiya ediləcək

Ov qaydasını pozan 10 əcnəbi Azərbaycandan deportasiya ediləcək
# 27 fevral 2020 13:43 (UTC +04:00)

"Ötən il sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament rəhbəri Hikmət Əlizadə deyib. Onun dözlərinə görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb: "Onlardan 10 nəfərinin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının da sayını açıqlayıb: "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR