Övladlığa götürülən valideyn himayəsindən məhrum uşaqların uçotdan çıxarılması qaydası açıqlanıb

Övladlığa götürülən valideyn himayəsindən məhrum uşaqların uçotdan çıxarılması qaydası açıqlanıb
# 27 fevral 2020 17:32 (UTC +04:00)

Prezident İlham Əliyevin 27 fevral 2020-ci il Fərmanı ilə təsdiq olunan “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçotdan çıxarılması ilə bağlı bəndlər də yer alıb.

Qeyd edilib ki, uçota alınmış valideyn-namizədlərdən biri vəfat etdikdə, digər valideyn-namizəd ona dair məlumatları yeniləyir. Uçotdan çıxarılmış valideyn-namizəd (namizədlər) bir ildən sonra bu Qaydaya uyğun olaraq təkrar uçota alınmaq hüququna malikdir.

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların uçotdan çıxarılması qaydalarında qeyd edilib ki, uşaq vəfat etdikdə, 18 yaşına çatdıqda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda hallarının baş verməsi barədə məlumat altsistemdə qeydə alındığı gündən uçotdan çıxarılırlar.

Uçotdan çıxarılan uşaqlar yenidən valideyn himayəsindən məhrum olmuş uşaq hesab edildikdə təkrar uçota alınırlar. Ailə Məcəlləsinin tələblərinə, o cümlədən həmin Məcəllənin 121-ci maddəsi ilə müəyyən edilmiş yaş tələblərinə cavab verməyən valideyn-namizədin uçota alınmasına yol verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR