Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi 500-dən çox balığın ölümünə səbəb olub

Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi 500-dən çox balığın ölümünə səbəb olub
# 10 mart 2021 10:51 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.

Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR