Pandemiya dövründə 908 min işçinin iş yeri və əməkhaqqı gəliri qorunub

Pandemiya dövründə 908 min işçinin iş yeri və əməkhaqqı gəliri qorunub
# 09 mart 2021 16:06 (UTC +04:00)

COVID-19 pandemiyası dövründə “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri məqsədi ilə ölkə əhalisinin 48.0 faizini və ya 4.8 mln. nəfəri əhatə edən 4 istiqamət üzrə 12 tədbirin icrası ilə bağlı fəaliyyət həyata keçirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanması istiqamətində 908 min nəfər işçinin iş yeri və əməkhaqqı gəliri qorunub.

Qeyd olunub ki, həyata keçiirlən məqsədyönlü tədbirlər nəticəsində özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı nəinki azalıb, hətta 2020-ci ilin əvvəli ilə müqayisədə 24.0% və ya 154 min artım olmaqla 794 min əmək müqaviləsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR