Pandemiya dövründə Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 14 min nəfər artıb

Pandemiya dövründə Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 14 min nəfər artıb
# 14 iyul 2020 10:34 (UTC +04:00)

Azərbaycanda ünvanlı sosial yardım alan şəxslərin sayı artıb. Bu ilin əvvəlində ünvanlı sosial yardım alan 70 min ailə idisə, pandemiya dövründə prosedurlar və qaydalar sadələşdirilib və bu proqramdan yararlananların sayı 14 min artıb.

APA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışında bildirilib.

Qeyd edilib ki, ünvanlı sosial yardım 84 min ailədən olan 350 min insana təqdim olunur. Artımın maliyyə yükü isə 8 milyon manatdır.

Eyni zamanda qeyd edilib ki, 14 min şəxsin ödənişlərinin müddəti uzadılıb və onların təqaüd almağa davam etmələrinə şərait yaradılıb. Bu tədbirin maliyyə yükü isə 3 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR