Pandemiya dövründə barlarda adambaşına düşən sahəyə dair norma müəyyənləşib

Pandemiya dövründə barlarda adambaşına düşən sahəyə dair norma müəyyənləşib
# 06 iyul 2020 19:01 (UTC +04:00)

Nazirlər Kabineti tərəfindən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.

APA-nın məluatına görə, Qərara əsasən, 50 nəfərə qədər tutumu olan barlar üçün özünəxidmət zamanı adambaşına düşən sahə 4,24 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,76 kvadrat metr müəyyən olunub. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər və 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,2 kvadrat metr sahə olmalıdır. Xörəkpaylayanlar vasitəsilə xidmət zamanı 50 nəfərə qədər 3,84 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,36 kvadrat metr sahə müəyyən olunub.

O cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər və 50 nəfərdən sonrakı hər adam üçün əlavə 2,8 kvadratmetr sahə olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR