Pandemiya dövründə yeməkxanalarda adambaşına sıxlıq norması müəyyən edilib

Pandemiya dövründə yeməkxanalarda adambaşına sıxlıq norması müəyyən edilib
# 06 iyul 2020 19:03 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyası dövründə yeməkxanalar üçün adambaşına düşən sahəyə dair normalar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nda əksini tapıb.

Sənədə əsasən, yeməkxanalarda özünəxidmət olduqda 50 nəfərə qədər adambaşına 4,72 kvadrat metr sahə, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 4,24 kvadrat metr sahə olmalıdır.

Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər adambaşına 7,2 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,6 kvadrat met sahə olmalıdır.

Yeməkxanalarda xörəkpaylayanlar vasitəsi ilə xidmət nəzərdə tutulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR