Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə 18 milyon manat müddətli əlavə ödənilib

Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə 18 milyon manat müddətli əlavə ödənilib
# 05 avqust 2020 14:15 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb işçisinə, 3029 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Agentlikdən APA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

- Tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.6 milyon manat ödənilib.

- Təcili tibbi yardım xidməti göstərən 4137 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 383 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

- Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4996 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7.1 milyon manat ödənilib.

Qeyd olunur ki, 3029 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.6 milyon manat müddətli əlavə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR