Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə dövlət zəmanətinin verilməsi qaydası məlum olub

Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə dövlət zəmanətinin verilməsi qaydası məlum olub
# 10 iyul 2020 12:11 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi qaydası məlum olub.

APA-nın məlumatına görə, bu, “Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

- kreditin müddəti 3 (üç) ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti 12 (on iki) aydan artıq olmamalı;

- bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.

Eyni zamanda dövlət zəmanəti yuxarıda nəzərdə tutulan tələblərə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən həmin Nazirliklə Fond arasında bağlanılmış Çərçivə Zəmanət Sazişi əsasında veriliəcək.

Fond bu Qaydada nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə hər növbəti ayın 10-dək hesabat verəcək. Hesabatın forması Fond və Maliyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR