Pandemiyaya görə ötən il 906 nəfərin barəsində seçilmiş həbs qətiimkan tədbiri dəyişdirilib

Pandemiyaya görə ötən il 906 nəfərin barəsində seçilmiş həbs qətiimkan tədbiri dəyişdirilib
# 25 yanvar 2021 12:00 (UTC +04:00)

“Ötən il Ədliyyə Nazirliyində cəzaların icrası ilə bağlı mühüm tədbirlər görülüb. Bütün məhkum olunmuş şəxslərin hüquqlarının qorunması üçün işlər aparılıb”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov bildirib.

Onun sözlərinə görə, COVİD infeksiyasının yayılması ilə bağlı monitorinq qrupu daim fəaliyyət göstərib, müəssisələrə baş çəkib, məhkumların saxlanma şəraiti, tibbi ləvazimatla təminatı, qida təminatı ilə bağlı məsələlər həll olunub: “Ötən il cinayət törədən şəxslərin bağışlanması üçün amnistiya olub. İndiyədək əfv sərəncamları ilə 8049 nəfər azadlığa buraxılıb. Koronavirusun geniş yayılmasına görə yaşına və səhhətinə görə ölkə başçısının 6 aprel 2020-ci il sərəncamı ilə 176 məhkum azadlığa buraxılıb. Əfv olunan şəxslərdən iki nəfəri ömürlük cəza çəkən olub. İnsan hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilib, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində növbəti addım atılıb. Qanunun icrası ilə bağlı Ədliyyə nazirinin əmri ilə Cinayət Məcəlləsinin təsiri altına düşənlər barədə bütün sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Qanunla müəyyən edilmiş penitensiar və probasiya xidmətləri tərəfindən 1884 məhkum barədə sənədlər məhkəmələrə göndərilib, bunun 91%-nə baxılıb, nəticədə 334 məhkum tamamilə azad edilib, 591 məhkumun cəza müddətləri azaldılıb. Onlardan azadlığa buraxılan 8 ayrı ölkə vətəndaşı, 12-si qadın, 2-si yetkinlik yaşına çatmayan, 269 nəfəri isə hərbi cinayətləri törədən şəxs olub. Cəzadan azad edilmiş məhkumlar tərəfindən qanunun icrası nəticəsində 115 min manat dövlətə və vətəndaşlara ziyan ödənilib. Penitensiar Xidmətdə yaradılan komissiya pandemiya şəraitinə baxmayaraq işini davam etdirib. Ötən il komissiyada baxılıb müzakirə edilib qərar qəbul edilən 2072 nəfər şərti olaraq, eyni zamanda həkim-ekspert komissiyası tərəfindən ağır xəstəliyə görə 10 nəfər azadlığa buraxılıb. Pandemiya dövrünü nəzərə alaraq ötən ilin sonuna kimi istintaq təcridxanalarında olan 906 şəxsin həbs imkanı qətiimkan tədbirlə dəyişdirilərək azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR