Parlament gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumatı qəbul edib - YENİLƏNİB

Parlament gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik məlumatı qəbul edib - YENİLƏNİB
  • Clock-gray 13:15
  • calendar-gray 30 Dekabr 2020

Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının gender bərabərliyinin təmin edilməsi sahəsində 2019-cu il üzrə fəaliyyəti haqqında məlumatı səsə qoyularaq qəbul edilib.

APA-nın məlumatına görə, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim edib.

 

Sənəd müzakirələrdən sonra qəbul edilib. 

***

11.38

Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” dinlənilir.

APA-nın məlumatına görə, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim edir.

Qeyd edək ki, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı MM-də ilk dəfə dinlənilir.

Məlumat 2019-cu ili əhatə edir. 

Firuzə Vahid

Digər xəbərlər