Parlamentdə dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi proseduru müəyyənləşib

Parlamentdə dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi proseduru müəyyənləşib
# 02 fevral 2021 11:13 (UTC +04:00)

Milli Məclisdə dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi proseduru müəyyənləşib.

APA-nın məlumtına görə, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.

Əsasnaməyə əsasən, Aparatda inzibati vəzifələr üzrə dövlət qulluğu keçən dövlət qulluqçularının vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Milli Məclisin Sədri tərəfindən həyata keçirilir.

Milli Məclis Aparat rəhbəri isə Aparatda yardımçı vəzifə tutan dövlət qulluqçularını, dövlət qulluqçusu olmayan işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, habelə “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, yardımçı vəzifə tutan dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR