Pedaqoji profilli ali və orta ixtisas məktəblərini bitirmiş, yaşı 35-dək olanlara 90 manat kompensasiya veriləcək

Pedaqoji profilli ali və orta ixtisas məktəblərini bitirmiş, yaşı 35-dək olanlara 90 manat kompensasiya veriləcək
# 29 yanvar 2021 11:42 (UTC +04:00)

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün kompensasiyanın həcmi artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilir.

Əvvəl bu məbləğ 60 manat idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR