Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi açıqlanıb

Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi açıqlanıb
# 26 mart 2020 15:36 (UTC +04:00)

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin video dərslər portalında ( https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib.

Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR