Peşə təhsili pilləsində qeyri-müvəffəq qiymət alanlar növbəti 2 ildə yekun qiymətləndirmədə iştirak edə bilərlər

Peşə təhsili pilləsində qeyri-müvəffəq qiymət alanlar növbəti 2 ildə yekun qiymətləndirmədə iştirak edə bilərlər
# 30 may 2020 13:49 (UTC +04:00)

Peşə təhsili pilləsində yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 dəfə olmaqla növbəti 2 il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”nda qeyd edilib.

Bildirilib ki, yekun qiymətləndirmədə iştirak etməyənlərə Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.

Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən baxılır.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR