Peşə təhsili pilləsində təhsilalanların qiymətləndirilməsi meyarları açıqlanıb

Peşə təhsili pilləsində təhsilalanların qiymətləndirilməsi meyarları açıqlanıb
# 30 may 2020 13:48 (UTC +04:00)

Peşə təhsili pilləsində təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”nda qeyd edilib.

Bildirilib ki, təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur. Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.

DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərilməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir. Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirilməsinin nəticələri qeyd edilir.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR