Peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması xidmətlərinə görə TN-ə ödəniləcək məbləğ məlum olub

Peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması xidmətlərinə görə TN-ə ödəniləcək məbləğ məlum olub
# 25 dekabr 2020 19:07 (UTC +04:00)

Nazirlər Kabineti "Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Təhsil Nazirliyinə ödəniləcək haqların məbləği”ni təsdiq edib.

APA-nın məlumatına görə, Baş nazir bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilib.

Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR