Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökumətə təqdim edilib

Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökumətə təqdim edilib
# 17 yanvar 2020 13:57 (UTC +04:00)

Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökumətə təqdim edilib.

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin sınağının aparılması üçün 526 preparatın qeydiyyatı ilə bağlı şəhadətnamə verilib: "Pestisid və aqrokimyəvi maddələrin idxalı və saxlanması məqsədilə lisenziyanın alınması üçün anbarlara baxış keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən 89 müraciət edilib, onlardan 42 anbara müsbət rəy, 47 anbara isə tələblərə uyğun gəlmədiyi üçün imtina verilib. Respublika ərazisinə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizəsi vasitələrinin idxalı üçün Agentliyə 1801 müraciət daxil olub, onlardan 6-na (ölkədə qeydiyyatda olmayan preparatların idxalı üzrə) imtina verilib".

Q.Təhməzli deyib ki, bir çox ölkələrdə bitki mühafizəsi sahəsində istifadə edilən preparatların istifadəsinə dair məlumatlar araşdırılıb: "Azərbaycanda istifadəsinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin və yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı yenidən hazırlanıb. Respublika ərazisində istifadəyə yararsız, qadağan olunmuş pestisid qalıqlarının yerləri və onlara dair məlumatlar araşdırılıb, riskləri qiymətləndirilib. Pestisidlərlə çirklənmiş ərazilərin sərhədlərinin və kütləsinin daha dəqiq müəyyənləşdirilməsi, həmin ərazilərdəki pestisidlərin zərərsizləşdirilməsi və torpaqların təmizlənməsi məqsədilə təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Samux rayonunun 5000 ha ərazisində aparılan fitosanitar müşahidələr nəticəsində 3060 ha ərazidə müxtəlif növ çəyirtkələrin kütləvi yayılması aşkarlanıb. Çəyirtkələrlə mübarizə məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə apardığı mübarizə tədbirləri nəticəsində çəyirtkələrin yayılma arealı və sıxlığı əhəmiyyətli dərəcədə azalıb, əkin sahələrinə dəyəcək zərərin qarşısı alınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR